Hadisənin anası intihara cəhd edib
Qızları onunla maraqlanmır
Türkiyənin məşhur müğənnisi Hadisənin anası Gülnihal Açıkgöz yuxu dərmanı içərək intihara cəhd edib.
“Ölkə.Az” xəbər verir ki, qadın qızlarına “Mənimlə maraqlanmırsınız” məktubu yazaraq dərman içib.
Qadın məktubunda qeyd edib ki, xəstə olsa da, qızları onu həkimə aparmır. Bu səbəbdən intihar edir.
Hadisə və bacısı isə anasından xəbər ala bilmədikləri üçün binanın təhlükəsizlik xidmətinə xəbər veriblər. Polisin köməyi ilə mənzilin qapısı açılıb və Gülnihal xəstəxanaya çatdırılıb. Açıkgözün qızlarına “Aranızdakı pul məsələləri və dava-dalaşlarınızdan yoruldum” dediyi də iddia edilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26