Interposta.Info

“Maşın Şou”da GÖZLƏNİLMƏZ SONLUQ - Qalib maşından imtina etdi -

Maqazin
 16-06-2018, 09:25     10 501

“Maşın şou”nun qalibi rəsmən açıqlanıb.
"XeberBiz" Publika.az-a istinadən xəbər verir ki, əslində dünən artıq qalib məlum idi. Gözlənildiyi kimi maşından əlini sonuncu çəkən iştirakçı Roza Zərgərli olub. O, ikili mübarizədə Hüseyn Əzizoğluya qalib gəlib. Final gecəsi tərəflər arasında ciddi qalmaqal da yaşanıb.
Ancaq avtomobili qazanan Roza Zərgərli Murad Dadaşovdan qaydaları pozmasını xahiş edib. O, avtomobili götürmək istəməyib.
“Mən avtomobilin bütün iştirakçılar adından xeyriyyə məqsədilə istifadə edilməyini istəyirəm. Ona görə də, avtomobili götürmürəm”, - deyə Roza söyləyib.
Murad Dadaşov isə “Maşın” şounun heyəti və hüquqşünası ilə məsləhətləşdikdən sonra Rozanın fikriylə razılaşıb və maşının taleyi ilə bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcəyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26