Interposta.Info

“Maşın”da qalmaqal: Günel, Roza və İlhamə dava etdi

Maqazin
 1-06-2018, 12:27     10 695

Dünən günorta saatlarında "Maşın" şouda qalmaqal yaşanıb.

"XeberBiz" oxu.az-a istinadən xəbər verir ki, qalmqal Roza Zərgərliyə qarşı saxta səsvermədə günahlandırılan şəxsin axtarışı zamanı baş verib.

Zərgərli bildirib ki, Günel Hümbətova həmin adamı tanıdığını deyib. Ancaq Hümbətova həmin adamın adını açıqlamayıb.

İlhamə Bədəlova isə Güneli söz daşımaqda günahlandırıb. Onların arasında qısa da olsa, söz davası yaşanıb.

[flash=425,264]https://baku.tv/embed/1479?[/flash]

Ötən gün həmçinin ikinci dəfə səsverməyə çıxan Zərgərli əsl "Qara dama” oyunu nümayiş etdirəcəyini deyib.

Proqram zamanı Günel Hümbətova bildirib ki, kişilər səsverməyə çıxmaqdan çəkiniblər. Aytən Səfərovanın isə səsverməyə çıxmasını Roza Zərgərlinin təklif etdiyini deyib.

O daha sonra bildirib ki, Roza Zərgərlinin hədəfindədir və ona "getsin”ə səs istəyib.

Roza isə Güneli "ikiüzlü” adlandırıb və səs toplayacağı təqdirdə aparıcını çıxaracağını deyib:

"Sən ikiüzlüsən, otağıma gəlib himayəmə sığınmışdın”, - deyə Roza bildirib. Günel Rozanın iddiasının əsassız olduğunu deyərək onun yalan danışdığını söyləyib.

Mətanət Əliverdiyeva Rozanın fotolarını qutuya atanların üç kişi olduğunu deyib. Roza isə onun şəklini qutuya atan üç nəfərin adını açıqlayacağı təqdirdə Güneli hədəf olmaqdan çıxarıb həmin kişilərlə mübarizə aparacağını vurğulayıb.

Hümbətova isə öz mövqeyində qalaraq "getsin”ə səs istəməyə davam edib. Sonda isə Zərgərli 54,14% səslə şouda qalıb. O, şoudan Günel Hümbətovanı çıxarıb.

interposta.info

[flash=425,264]https://baku.tv/embed/1480?[/flash]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26