Interposta.Info

Daha bir dünya ulduzu Bakıda

Maqazin
 29-04-2018, 12:54     10 398

Bu gün Azərbaycan Qran-prisi çərçivəsində "Baku Crystall Hall”da səhnəyə çıxmağa hazırlaşan dünya şöhrətli gənc müğənni Dua Lipa Bakıdadır.

"XeberBiz" oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Instagram” hesabında məlumat verib.

Dünən gecə Bakıya gələn ifaçı uzun yol qət etdiyini yazıb:

"Uşaq vaxtı hansı bayrağın hansı ölkəyə aid olmasını tapmaq hobbim idi. Ona görə də, Azərbaycan bayrağını paylaşıram. Bütün günüm yolda keçib, axır ki, Azərbaycana çatdım. Bu, Asiyada ilk konsertimdir. "Formula 1” yarışlarını izləmək üçün çox həyəcanlıyam”.

Qeyd edək ki, Dua Lipa həmkarı – Kristina Aquileradan fərqli olaraq səhnədə 2 saat yox, 1 saat 15 dəqiqə performans sərgiləyəcək.

interposta.info

Daha bir dünya ulduzu Bakıda

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26