Interposta.Info

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv edildi (RƏSMİ)

İdman
 12-06-2020, 14:30     929

2020-ci ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisi baş tutmayacaq.

"İnterPosta" "Formula 1"in saytına istinadən xəbər verir ki, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri rəsmən ləğv edilib.

Pandemiya şəraitində şəhər trasslarında yarışların təşkilinin çətin olması səbəbindən Azərbaycan və Sinqapur Qran-prilərinin keçirilməyəcəyi bildirilib. Yaponiyada isə ölkə sərhədlərinin bütün xarici vətəndaşlara bağlı olmasına görə, etap təqvimdən çıxarılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26