Interposta.Info

Rafaeli narkozdan belə ayıltdılar -

Maqazin
 16-01-2018, 16:36     10 510

“Bu şəhərdə”nin aktyoru, əməkdar artist Rafael İsgəndərov mədəsindən müayinə olunub.

"XeberBiz" xəbər verir ki, bu barədə Kult.az-a aktyor özü məlumat verib.

“Gəncədə çəkilişlərdə olarkən mədəmdə problem yarandı. Gəncə Beynəlxalq Xəstəxanasında narkoz altında mədəmə baxış keçirildi. Müayinədən sonra mədəmdə ciddi bir şey aşkarlanmadı. Həkim yüngül müalicə yazandan xəstəxanadan çıxdım”, - R.İsgəndərov bildirib.

“Bu şəhərdə”nin rəhbəri Müşfiq Abbasov da Rafael İsgəndərovun səhhəti ilə bağlı qeyd paylaşıb.

“Dostlar, iki gün öncə bizim Rafael Gəncə Beynəlxalq Xəstəxanasında müayinə olundu. Klinikanın bütün kollektivinə təşəkkür bildiririk. Hər şey, Allaha şükür, yaxşıdır", - deyə M.Abbasov yazıb.

Rafael İsgəndərovun ayıltma otağında narkozdan ayılması prosesi lentə alınıb.

interposta.info həmin kadrları təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26