Interposta.Info

Adı çəkilsin deyə,

Maqazin
 17-10-2017, 14:23     7 853

Zəlimxan Yaqubu parodiya etdiyimiz üçün bizə qonaqlıq vermişdi.

interposta.info
xəbər verir ki, bu sözləri əməkdar artist Rafael İsgəndərov “Bu şəhərdə” kamandasının Musavat.com saytına verdiyi müsahibədə bildirib. Aktyor deyib ki, indiyə qədər konsertlərində parodiya etdikləri tanınmışlardan heç kəs onlardan inciməyib:

“Əksinə, kimisə parodiya etmədiyimiz üçün bizdən inciyənlər olub. Zəlimxan Yaqub isə qonaqlıq vermişdi parodiyamıza görə”.

Aktyor bildirib ki, konsertlərində parodiya edilmək istəyənlər arasında onlara pul təklif edənlər də olub. Ancaq buna görə kimdənsə pul almayıblar:

“Biz parodiya etdiyimiz şəxsi özümüz seçirik. Parodiya sevgi kimidir, pulsuz olanda ləzzət edir. Süni görünmək istəmirik.

Konsertdə səhnəcik arasında mahnı oxumaq üçün 5000 manat təklif edən də olub. Bir şirkət isə 30 min manat təklif etmişdi ki, səhnəcikdə adları getsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26