Interposta.Info

Aktyora xəstəxanada surpriz -

Maqazin
 12-07-2017, 07:38     738

Əməliyyat olunan “Vicdan haqqı” teleserialının aktyoru İlham Hüseynov onu parodiya edən balaca fanatı ilə görüşüb.

Kult.az xəbər verir ki, sevilən aktyorun balaca fanatı Rəfael Hüseynzadə bu gün xəstəxanada onu ziyarət edib. Məktəblini aktyorla onun öz müəlliməsi görüşdürüb. Bu görüş barədə sosial şəbəkədə məlumat paylaşan müəllimə qeyd edib ki, əməliyyat olunan aktyor İ.Hüseynov kiçik fanatını mehribanlıqla qarşılayıb və ona diqqət göstərib.

Xatırladaq ki, balaca Rəfael Hüseynzadə aktyor İlham Hüseynovun “Vicdan haqqı” serialındakı İmran obrazını parodiya etməklə məşhurlaşıb. Hətta aktyor özü də onun parodiya videosunu paylaşaraq, “balaca İmran” sözlərini yazmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26