Interposta.Info

“Eurovision”un qalibi dünyasını dəyişdi -

Maqazin
 7-01-2018, 19:31     10 610

Fransız müğənni Frans Qall 70 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə baza günü, yanvarın 7-də, “France Info” nəşri məlumat yayıb.

Qeyd olunur ki, müğənni son iki ildə onkoloji xəstəliklə mübarizə aparırdı. Qall dekabrın ortalarında Paris yaxınlığında xəstəxanaların birinə yerləşdirilmişdi.

Bildirilir ki, hələ 1993-cü ildə həyat yoldaşı Mişel Birjenin ölümündən sonra müğənniyə süd vəzisinin xərçəngi diaqnozu qoyulmuşdu.

Qall musiqi karyerasına 1963-cü ildə, 16 yaşında başlayıb. İki il sonra, 1965-ci ildə o, “Eurovision” müsabiqəsində “Poupée de cire, poupée de son” mahnısı ilə Lüksemburqu təmsil edərək qalib gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26