Interposta.Info

Sibel Cana işlənmiş maşın sırıdılar - Məhkəmə

Maqazin
 29-12-2017, 15:18     10 435

Tükiyənin tanınmış ifaçısı Sibel Cana qarşı dələduzluq edən iş adamı Şahin Məhmət Çelik məhkəmə qarşısına çıxarılıb.

Kult.az xəbər verir ki, müğənniyə işlənmiş avtomobili təzə maşın kimi satan Ş.Çelik məhkəmədə ifadə verib.

Avtomobil ticarəti ilə məşğul olduğunu söyləyən iş adamı bildirib ki, ittihamları qəbul etmir və bu işlə bağlı şirkəti çöküb, 44 maşınına həbs qoyulub. S.Canın vəkili Bülənt Ərnas deyib ki, həmin avtomobil 2008-ci ildə ABŞ-da istehsal olunub, iki ay istifadə edilib və sıfırlanaraq 2009-cu il istehsalı kimi 313 min türk lirəsinə (təqribən 155 min manat) satılıb.

Vəkil indiyə qədər onlara dəyən maddi zərərin ödənilmədiyini xatırladıb və ittiham olunan tərəfin həbs edilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə isə onun qaçması şübhəsi olmadığını əsas gətirərək, həbs tələbini təmin etməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26