Interposta.Info

Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə

İdman
 22-01-2019, 14:53     10 465

Madrid Məhkəməsi Kriştiano Ronaldo barəsində qərar verib.

Qaynarinfo xəbər verir ki, vergilərdən yayınma ilə bağlı ittihamları qəbul edən ulduz futbolçu 4 ayrı vergi cinayətinə görə 18,8 milyon avro cərimə olunub. Ronaldoya həmçinin 23 aylıq şərti həbs cəzası kəsilib. O, yenidən cinayət törətməyəcəyi halda həbsxanada yatmayacaq.

Ronaldo və ailə üzvləri məhkəmədə iştirak edib. Ulduz futbolçunun məhkəmə binasına daxil olarkən gülümsəməsi diqqəti çəkib. Polis onun üçün xüsusi təhlükəsizlik koridoru yaradıb.

Futbolçunun vəkili onun jurnalistlərdən yayınmaq üçün binaya məhkəmənin qarajından istifadə edərək daxil olması barədə vəsatət təqdim edib. Lakin məhkəmə sədri Xuan Pablo Qonzales heç kim üçün xüsusi prosedur tətbiq olunmayacağını bildirib.

Qeyd edək ki, 2009-2018-ci illərdə "Real"da çıxış edən və ötən yay "Yuventus"a transfer olunan Ronaldo imic haqqlarından əldə etdiyi gəlirləri offşor hesablarda saxladığı üzə çıxmışdı.

İspaniyada indiyədək vergidən yayınmaya görə futbolçulardan Xavyer Maskerano, Radamel Falkao, Marselo, Angel Di Mariya, Luka Modriç, Lionel Messi və baş məşqçi Joze Mourinyo cərimə edilib.

İnterPosta.info

Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə
Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə
Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə
Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə
Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26