Interposta.Info

“Mənimlə duet oxuyana şərt qoyuram” – Pərvizdən sərt AÇIQLAMA – VİDEO

Maqazin
 20-12-2017, 12:44     10 461

“Hər dinləyicinin öz xarakteri var, öz zövqünə uyğun bir mahnısı var. Mahnılarım arasında fərq qoya bilmirəm. Hər birinin öz dinləyicisi var”

Bu sözləri ARB Ulduz-un “Virtual Həyat” proqramına açqılaması zamanı meyxana ustadı Pərviz Bülbülə deyib.

Meyxanaçı, bütün mahnılarının möhürlü olduğunu diqqətə çatdırıb:

“Mən hansısa məclisə gedəndə görürəm ki, müxtəlif mahnılarımı oxumağımı xahiş edirlər. “Bir var” mahnım daha çox uğur qazandı, sevildi. Mən bu mahnını iki il olar ki, oxumuşam. Üstündən iki il keçməsinə baxmayaraq, ifa günü-gündən dəbə minir”.

Son zamanlar duetləri ilə ikiqat fanat ordusu toplayan Pərviz, duet ortaqlarına qarşı sərt tələb və şərtlərinin olmadığını söylədi:

“Heç kəs mənimlə müqavilə bağlaya bilməz. Şərti mən qoya bilərəm, mənimlə duet oxuyana. Heç kim mənim qabağıma şərt qoya bilməz. İstər duet ortağım olsun, istər həmkarım olsun, səhnədən kənar onların şəxsi həyatlarına qarışmayan bir insanam. Səhnədə mənimlə oxudu, mikrofonu əlindən yerə qoydu, hər şey bitdi, deməli.

Nə mən kiminsə müəllimiyəm, nə konservatoriya oxuyuram, nə də kiməsə dərs keçə bilərəm. Not tanımasam da, mahnıdan başım çıxır. Mən heç kimin qarşısına tələb qoya bilmərəm, heç kim də mənə tələb qoya bilməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26