"Tovuzdan meyxanaçı çıxa bilməz" -

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Əbdül Xalid olub.
O, ilk olaraq sənət fəaliyyətindən danışıb:
"Müraciət etdiyim mahnı mənim çox sevdiyim bir mahnıdır. Uşaqlığımızın mahnısıdır. Mərhum Məhəbbət Kazımovun repertuarındandır. “Dur gedək” adlanır. Bu mahnıya müraciət edəndə fikirləşirdim ki, ifaya rəng qatmaq lazımdır. Dostum Hacı Səbuhiyə müraciət etdim, fikirlərimi dedim, o da məmnuniyyətlə qəbul elədi. Yanaşmamız tamam fərqli oldu. “Dur gedək” deyəndə yəni, dur gedək Qarabağ torpaqlarımızı, ölkəmizin görməli yerlərini gəzək, nəzərdə tutulub. İnanıram ki, uğurlu alınıb və tamaşaçılarımız da bu mahnını bəyənəcək”.
Daha sonra müğənni yeni duet oxumaq məsələsinə elə də yaxşı baxmadığını bildirib:
“Duet oxumağı mən istəmirdim. Bu bir qədər ağır məsələdir. Hara getdin gərək duet ortağın yanında olsun, gərək onunla daim əlaqədə olasan. Fikirləriniz də eyni olmalıdır. Sən necə işə can yandırırsan, o da elə yandırmalıdır. Açığı, Səbuhi ilə sözümüz tutur. Xanım müğənni ilə elə olub ki, bir araya gəlmişik. Ancaq görmüşəm ki, müəyyən müddət keçib artıq duet işləri başlayıb, mən buna zəng edirəm ki, gəlmirsən. Məsuliyyətsiz yanaşılar. Bəhanələr gətirirlər. Mən belə şeyləri sevmirəm”.
Əbdül Xalid meyxanaya bağlı olduğunu da dilə gətirib:
“Əslində mən meyxanaya çox meylliyəm. Meyxana deməyin özü bir istedaddır. Olub ki, sual vermişəm, meyxananı necə deyirlər, bunun sirrini öyrənməyə çalışmışam. Cavab verə bilməyiblər. Çünki bu bir istedaddır. Mən həmişə demişəm, Tovuzdan meyxanaçı çıxa bilməz. Ona görə ki, meyxananın məktəbi Bakıdır. Tovuzdan aşıq çıxa bilər. Tovuzdan bizim Tünzalə Ağayevamız var, Aşıq Samirəmiz, Aşıq Zülfiyyəmiz var. Yəni bilinir ki, bu, budur”.
Sonda isə Əbdul Xalidin tərəf müqabili Hacı Səbuhinin də ortaq işləri ilə bağlı fikirlərini öyrəndik:
“Xaliddən təklif gəldi ki, duet oxuyaq. Mən də məmnuniyyətlə qəbul elədim. Düzdür, bir neçə təklif olmuşdu. Ancaq qəbul etməmişdim. Xalid isə özünə, sənətinə dəyər verən insandır. İnanıram ki, tamaşaçılar bu mahnını bəyənəcəklər”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26