Interposta.Info

Elnarə Xəlilova:

Maqazin
 8-02-2017, 17:56     760

 Elnarə Xəlilova:

Müğənni Elnarə Xəlilova həmkarı Samira Allahverdi ilə duet oxuyacaq.

interposta.info xəbər verir ki, Musavat.com saytına açıqlamasında bildirib ki, həmkarı ilə duet ifa etmək çoxdankı arzusudur: “Mən Samira ilə birlikdə iş görmək eşqi ilə yaşayıram. Samiraya hər dəfə deyirəm ki, hamı duet oxudu, biz qaldıq. İstəyirik ki, yaddaşda qalan duet olsun. Caz, hip-hop janrında mahnı oxuya bilərik. Düşünürəm ki, musiqiçi hər janrda oxumalıdır. İnanıram ki, işbirliyimiz uğurlu alınacaq. Çünki çoxları bizim görəcəyimiz işlə maraqlanacaq”.

Müğənni qısa saçlı olduğu üçün onu tənqid edənlərə də münasibət bildirib: “12 il öncə saçlarım brend olmuşdu. Artıq mənə qısa saçlar rahatdır. Taxma saçların əleyhinəyəm. Ona görə də, qısa saçlı gəzirəm. Övladım dünyaya gələndən sonra saçlarım töküldü. Ona görə saçlarımı kəsdirdim. Sabah mənə çox lazım olsa, gedib saçımı qaynaq etdirərəm, parik taxaram. Səhnə adamı hər obrazda olmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26