Səidə Sultandan növbəti QALMAQAL -
"ATV maqazin onlarla” proqramının "Hit parad” rubrikasının növbəti qonağı müğənni Səidə Sultan olub.
interposta.info xəbər verir ki, sənətçi ilk olaraq bəstəkar Faiq Sücəddinovun onluqda olan iki mahnısınıbəyənməyib.
Müğənni Sevda Yahyayevanın "Sən ola-ola” mahnısını sonuncu pillədə qərarlaşdırıb:
"Sevda həmişə sakit insan olub. Amma sakitlər də saman altdan su yeridən olur. Onun bu mahnısını sevmədim. Mahnıya cəmi bir dəfə qulaq asaram. Faiq müəlim axır vaxtlar şou-biznesə yaman mahnılar verir. Bəs mənə niyə birini vermirsən, ay kişi? Mahnı var ki, qulaq asırsan adamı qıdıqlayır. Bu, məni qıdıqlamadı. Doqquzuncu yerdə Zülfiyyə Xanbabayeva olsun. Zülfiyyə xanım, buna görə məndən küsəcəksiniz? Siz də gələn dəfə mənim klipimi axırıncı edərsiniz. Bəlkə mənim qulaq zövqüm dəyişib”.
Səidə Sultan Əməkdar artist Röya Ayxanın "Səndən başqa” mahnısını da bəyənmədiyini söyləyib:
"Biz rəfiqə deyilik, dost olmamışıq. Bir-birimizə həmişə böyük hörmətimiz var. Röyaya deyəndə ki, mahnın xoşuma gəlmir, xətrinə dəyir. Qıdıqlamadı da... neyləyim ki?”
Sonda isə S.Sultan Mananı onluqdan uzaqlaşdırıb:
"Manana, bacı, istəyirsən məndən küs. Bu ifanı sənə yaraşdırmıram. "Baby-face” olan biri oxusaydı, ona yaraşardı. Nə vaxtdır ki, Manana xanım da hit oxumur. "Bacıcan, bağışla”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26