Interposta.Info

Şəbnəm Tovuzlu: “Toyda oğlumu da, ərimi də, tanıyarsınız” -

Maqazin
 30-10-2017, 17:26     9 282

ARB TV-nin “Şou məkan” proqramının növbəti müsahibi müğənni Şəbnəm Tovuzlu olub.

Müğənni Şəbnəm Tovuzlu durub-durub birdən yaman tələskənliyə düşüb:

“Bu ay mən 5 mahnı üzərində işlədim. 2 mahnımız da yoldadır. Studiyada olmağımdan bilinir ki, işə başlamışam. Axşam da burda olmuşam. Mahıya qulaq asmışam. Bir neçə günə Türkiyədə aranjiman olunub gələcək. Mənim səhvliyim, tələskənliyim odur ki, o barədə hər zaman da prodüser və menecerim tərəfindən yaxşı mənada danlanıram. Deyirlər ki, sən tələskənsən. Bu qədər əziyyət çəkirsən, qonorar ödəyirsən. 7 mahnıya pul ödəmək zarafat deyil. Bunların məni danlamaqda məqsədi odur ki, sən mahnıları bir-bir çıxarmalısan, hamısını birdən yox”.

“Sevdiyim adamdır” mahnısının daha çox bəyənildiyini deyən müğənni həmin ifanın sevdiyi şəxsə aid olduğunu vurğuladı:

““Sevdiyim adamdır” mahnısı daha çox sevilir. Kütlə daha çox bu mahnını qəbul elədi. Mahnının sözləri Vüsal İbrahimova, musiqisi Ruslan Səfəroğluna aiddir.

Allah hər kəsi öz sevdiyi ilə bir yerdə etsin. Mahnıdır, ürəyimdən gəlib yazdırmışam. Təbii ki ailəmə həsr olunub. Həyat yoldaşım bu mahnını bilirdi, sözləri dinlətmişdim. Mahnı çox xoşuna gəlir. Hər gün evdə olanda qulaq asır. Məncə həm xanım, həm də kişi tərəfindən xoşagələn bir şeydir ki, sevdiyi şəxs ona mahnı oxusun”.

Elə təbiətin qoynundaykən fürsət bu fürsətdir deyib, “Sus biraz da dinlə” mahnısına da rolik çəkən müğənni fanatlarının ürəyini fəth etməyin yollarını yaxşı bilir:

“Digər mahnım “Sus biraz da dinlə” adlanır. O mahnımı Tural, Toğrul qardaşları yazıb. Aranjiman isə Elvin İmanova aiddir. Bu mahnıya da rolik çəkildi”.

Müğənni daha sonra “Çanta” mahnısına şəkdirdiyi klipdən danışdı:

““Çanta” mahnım daha çox gənclərin sevgisini qazandı. Mahnının söz və musiqisi Nurlan Təhməzliyə aiddir. Nurlan gözəl yazır. Özü də gözəl ifaçıdır. Bilirəm ki, mahnının klipi çıxanda partlayış olacaq.

Klipin çəkiləcəyi məkanın icazəsini çox çətinliklə aldıq. Ora xarabalıq olsa da, qorunan sahədir. Müdiriyyəti sağ olsun, icazə verdi. Renka da sağ olsun hər zaman yanımdadı, ətrafındakı rəqqaslarla birgə. Orda rəqqas çox gözəl rəqslər edib. Bəzi rəqsləri mənə də öyrətdilər. Bu da yenilik oldu”.

Son olaraq oğlu ilə bağlı ürəkdolusu danışan sənətçi övladına kiçik toy etdikdən sonra oğlunun üzünü göstərəcəyini söylədi:

“Əlinin bu yaxınlarda şokolada bulaşmış şəklini qoydum. Tortu qoyduq qarşısına, bütün üzü şokolad oldu. Onu da instaqramda paylaşdım və maraqla qarşılandı. 4 ya 5 yaşında ona kiçik bir toy edərik, o kiçik toyunda bütün sənət dostlarım başında olar. O zaman orda Əlini də, atasını da tanıyarlar. Mediya nümayənədlərinə də icazə verərik, çəkərlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26