Interposta.Info

Ramiz Novruz: “Məsləhətlərimi oğlumdan əsirgəmirəm”

Maqazin
 6-10-2017, 19:33     8 666

Xalq artisti Ramiz Novruz ”Vicdan haqqı” serialında rol alan oğlu Cavidan Novruzdan danışıb

interposta.info saytına açıqlama verən aktyorluqla bağlı məsləhətlər verdiyini deyib:
“Məndən məsləhət istəyəndə göstərişlər verirəm. Adətən Cavidan üçün məsləhətlərim gecikmiş olur. Televiziyada izləyəndən sonra deyirəm ki, gərək bunu belə edərdin. O da deyir ki, gələn dəfə səndən soruşacağam. Istəyəndə, əlbəttə, məsləhətlərimi əsirgəmirəm”.

Xalq artisti komediyaya tələbat olması haqqında səsləndirilən fikirlərə də münasibət bildirib:
“Bu yanlış rəydir. İnandırım sizi, teatrda həm komediya, həm də drama eyni sevgi var. Bu film sahəsində də belədir. Gözəl çəkilmiş filmə tamaşaçı heç vaxt “eh” deyib getmir. Ola bilər ki, izləyicilər kino tənqidçiləri kimi cümlələr qurub danışa bilmir, amma onlar ürəkləri ilə hiss edirlər. Rejissor, aktyor filmi düzgün çatdırırsa, tamaşaçı bunu duyur. Komediya filmləri kassa üçün maraqlıdır. Bu faktdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26