Interposta.Info

Mətanət Əliverdiyeva işdən çıxdı

Maqazin
 6-09-2017, 15:09     10 566

Aparıcı Mətanət Əliverdiyeva 106.3 FM-də aparıcısı olduğu "Bumeranq" səhər şousundan ayrılıb.

interposta.info
Axşam.az-a istinadən xəbər verir ki, aparıcı açıqlamasında buna səbəb kimi telekanaldakı işlərinin çoxluğunu göstərib.

"5 gəlin"də işlərim çox oldu. Həm də formatı dəyişdik. Sentyabrın 10-dan efirdə olmalıyıq. Rayonlara gedirik, heç cür çatdıra bilmirdim. Gecə gec qayıdırıq, tezdən çəkilişlərdə oluruq. Kollektiv mənə görə oturub gözləyirdi, alınmır. Sırf "5 gəlin"də olacam.

Bir də sentyabrın 9-dan "Qız atası" serialımız başlayır. Tam fərqli və daha maraqlı olacaq", - aparıcı bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26