Interposta.Info

“6-7 kitab müəllifini müsabiqədən uzaqlaşdırmışam” - Xalqın şairini Elza seçir!

Maqazin
 30-08-2017, 18:45     10 488

ARB TV-də start verilən "Xalqın şairi” adlı şeir müsabiqəsinin münsiflər heyətində bəstəkar-müğənni, son zamanlar şeirləri ilə gündəmə gələn, əksər vaxtı gülüş hədəfinə çevrilən Elza Seyidcahanın da yer alması müzakirələrə səbəb olub.

Müsabiqədə Baba Vəziroğlu, Aşıq Əhliman, Qulu Ağsəs və sairlə bərabər, Elza Seyidcahanın da olması birmənalı qarşılanmayıb.

BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı Elza Seyidcahanın da fikirlərini öyrənib. Bəstəkar-müğənni bildirib ki, o, sözü duyan çox az sayda insanlardan biridir: "Elza Seyidcahan sözü duyan 3 nəfər varsa, onlardan biridir. Çünki Elza bəstəkardır. Özümə şair demirəm, amma mən müsabiqənin münsiflər heyətində sözü duyan adam kimi əyləşmişəm. Uşaqlıqdan şeir yazıram. Sözləri duyuram ki, gözəl mahnılar bəstələyirəm. Həmişə mənə deyirlər ki, sizin mahnılarınızın nə gözəl sözləri var? Bu o deməkdir ki, mənim şeir seçimində yüksək zövqüm var. Mən yazdıqlarımı anlayıram. Bilirəm nə yazıram. Mənim poeziyamı kimsə başa düşmürsə, onu qınamıram. Böyük Mayakovski deyib ki, poeziya bilinməzliyə yürüşdür. Mənim poeziyamı anlayanlar da var, sevənlər də var, anlamayanlar da, sevməyənlər də. Ora gənc şairlər gəlir deyir ki, biz Elza Seyidcahanın tərzində yazmışıq. Onun şeirlərindən ilhamlanırıq. Mən onlara tövsiyə edirəm ki, mənə baxıb yazmayın. Mən böyük şairlərə baxıb, yazmışam. Siz mənə baxıb yazsanız, özünüzü tapmayacaqsınız. Bəziləri isə mənə baxıb yazırlar”.

E. Seyidcahan müsabiqədə bir neçə kitab müəlliflərinə belə "qırmızı işıq” yandırıldığına diqqət çəkib:
"Müsabiqə çox gərgin keçir. Hətta inciyənlər də olur. Küsənlər olur. 6-7 kitabın müəllifi, AYB-nin üzvləri gəlir. Onlara biz "qırmızı işıq” yandırırıq. Hər kəsin öz söz seçimi var, söz zövqü var. Mən 1-2 nəfərə "qırmızı işıq” yandırmışam. Çalışıram ki, "qırmızı işıq” yandırmayım. Kiməsə "sən şeir yazma” demək istəmirəm. Mən müsabiqədə digər münsiflərlə qarşı-qarşıya gəlirəm bəzən. Münsiflər kiməsə deyir ki, yazma. Mən də deyirəm ki, olmaz, qoyun yazsın. Şair olmasa da, qoy yazsın. Bundan başqa, müsabiqəyə elə gözəl şeirlər təqdim olunub ki, mən onlara mahnı bəstələyəcəyəm”.

Bəstəkar müğənni bildirib ki, müsabiqənin qalibinə Şəkidə ev veriləcək. Seçilən 5 nəfərin isə kitabı nəşr ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26