Interposta.Info

Elza Seyidcahan:

Maqazin
 29-03-2017, 13:26     706

Son günlər əməkdar artist Elza Seyidcahan gündəmdən düşmür. Onu gündəmin ən hündür yerinə çıxardan isə əsasən yazdığı şeirlər olur. Bir-iki gün əvvəl xəbər yayıldı ki, Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. Bu xəbər sosial şəbəkələrdə xeyli müzakirə olundu.

Seyidcahanla söhbətləşmək qərarına gəldi. Hər halda, ordan-burdan eşitməkdənsə, öz dilindən eşitmək daha yaxşı olar:
- Elza xanım, şeirləriniz xeyli maraqla qarşılanır. Niyə sizi AYB-yə üzv seçmirlər?
- Axı, müraciət etməmişəm ki, üzv də seçsinlər.
- Məncə, müraciət edin. Maraqlıdır, nədən ilhamlanırsız?
- Mən yəqin ki, ilhamlı doğulmuşam. Buna görə də tanrıya həmd olsun, deyirəm. Ən əsas da Allahın mənə bəxş etdiklərinə şükr edirəm, çox görməsin, deyirəm.
- Yəni, siz şair doğulmusuz.
- İstedadlı ilham pərisi.
- Hardandır sizdə bu ədəbiyyat sevgisi?
- Gələcək göstərəcək hər şeyi. Hərdən öz cızmaqaralarımı edirəm. Bir də ki, bütün insanlar öz ürəklərində, öz aləmlərində elə şairdilər də.
- Feysbukda yazmışam ki, Elza xanıma kimin sözü var? Yüzlərlə sual və xoş sözlər yazıblar sizə.
- Sağ olsunlar.
- Arif Qabiloğlu adlı bir pərəstişkarınız yazıb ki, siz ədəbiyyata yeni janr gətirmisiz. Xahiş eləyib, bu sözləri də sizə deyim ki, Fikrət Qocadan mənalı və poetik yazırsız.
- Mən şeir yazmağı Fikrət Qoca kimi böyük şairlərdən öyrənirəm. Hətta, onun “Vals” şeirinə kompozisiya bəstələmişəm.
- Şeir gecəsi keçirsəz, çox maraqla qarşılanar.
- Deyirlər, tələb olunur. İnşallah.
- Kitab çıxarmaq istəyirsiz?
- Tezliklə kitab çıxacaq./publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26