Interposta.Info

“Faytonçu” Nazimin ölüm xəbəri yayıldı -

Maqazin
 19-08-2017, 13:41     10 517

Gördüyünüz kimi sağ və salamatam. Müalicəm davam edir. Özümü yaxşı hiss edirəm. Ayaq üstəyəm. Hələ çox işlərim, ideyalarım, konsertlərim var.

interposta.info
xəbər verir ki, bu sözləri ölüm xəbəri yayılan məşhur müğənni Faytonçu Nazim İnstaqram səhifəsində yaydığı videoda bildirib.

Müğənni qeyd edib ki, hazırda özünü çox yaxşı hiss edir və sağalmağa doğru gedir. Müğənni onu sevənlərə səslənərək qeyd edib ki, dəqiqləşdirilmədən yazılan məlumatlara inanmasınlar. O, buna görə jurnalistləri günahlandırıb.

Qeyd edək ki, bu gün Müğənni Vüqar Muradov sosial şəbəkədə Faytonçu Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yaymışdı. V.Muradovun prodüseri Oxu.az-a açıqlamasında bu məlumatın Nazim Pişyarinin yaxın dostu Ələkbər Şahmuradovun səhifəsindən götürüldüyünü bildirib və bu haqda dəqiq məlumatı olmadığını söyləmişdi.

Zəngdən sonra isə müğənni məlumatı səhifəsindən silib.

interposta.info

“Faytonçu” Nazimin ölüm xəbəri yayıldı -“Faytonçu” Nazimin ölüm xəbəri yayıldı -
“Faytonçu” Nazimin ölüm xəbəri yayıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26