Faytonçu Nazim bu hala düşdü -
Faytonçu ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb.
Lent.az-ın məlumatına görə, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.
Müğənni bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.
interposta.info![]()

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

