Interposta.Info

Məşhur serialdakı görüntü polisi hərəkətə keçirdi -

Maqazin
 3-08-2017, 17:23     10 684

İstanbul Baş prokurorluğu məşhur “Uşaqlar eşitməsin” serialı haqqında FETÖ istintaqı çərçivəsində əməliyyata başlayıb.

Kult.az xəbər verir ki, buna səbəb serialın “Kanal D”də yayımlanan keçmiş bölümlərinin birində arxa fonda FETÖ-ya aid kitabın görünməsidir.

Baş prokurorluğun əməkdaşları serialın həmin bölümünü analiz etməyə başlayıb.

Qeyd edək ki, sözügedən kitab bir müddət əvvəl sosial şəbəkələrdə yayılıb. Bundan sonra serialın ssenari müəllifi və prodüseri Birol Güvən açıqlama verib. O, həmin kitabla bağlı dekorasiya və aksesuarlardan məsuliyyətli olan sənət rejissorunun ifadəsinin alındığını, kitabı oxumadığını və tamamilə aksesuar məqsədi ilə istifadə edildiyini bildirib.

interposta.info
Məşhur serialdakı görüntü polisi hərəkətə keçirdi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26