Interposta.Info

Səhnə arxasında qalmaqallar baş verən Azərbaycan serialı bağlandı

Maqazin
 23-06-2020, 11:50     1 323

ATV-də yayımlanan "Aldanmış hisslər” serialı bağlanıb.

Bu barədə Qaynarinfo-ya serialın sabiq aktyori Famiz Hüseynov məlumat verib. Onun sözlərinə görə, buna səbəb aktyorların qonorarının kəsilməsi olub:
"Serial bağlandı. Kifayət qədər aktyorun pulu kəsilib. Hətta Xalq artistlərinin pulları verilməyib. O qədər söz-söhbət yarandı ki, sponsorlar serialdan əlini çəkdi. ATV də bu üzdən efirini geri çəkdi”.

Aktyor bildirib ki, "Aldanmış hisslər” serialının rejissoru Faiq Nağıyevlə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə ATV telekanalında yayımlanan "Aldanmış hisslər” serialı ilə bağlı qalmaqal yaranmışdı. Serialın aktyoru Famiz Hüseynov rejissor Faiq Nağıyevi aktrisalara iyrənc təkliflər etməkdə ittiham etmişdi. Bu səbəbdən də aktyor serialdan uazaqlaşdırıldığını bildirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26