Əli Mirəliyevdən Aygün Səmədzadəyə
Vaxtilə Ayaz Mütəllibovun yaxın silahdaşı olan millət vəkili Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə rayon camaatını təhqir edən statusu ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Yenicağ.az-a açıqlama verən müğənni Əli Mirəliyev xanım bəstəkarın statusunu siyasi səhv adlandırıb: “Belə fikirləri səsləndirmək milləti parçalamaq deməkdir. Bu, çox böyük siyasi səhvdir. Rayon camaatına qurban olum. Bakılılar günorta saat 12-də yuxudan duranda, rayon camaatı sübh tezdən durub, malını otarır, taxılını əkir, bağını belləyir. Mən rayon qızları üçün ölürəm, hamısı saf, təmiz, məsumdur. Bakı paytaxtdır, rayon camaatı əkib-becərib, yetişdirdiyi mer-meyvəni, tərəvəzi gətirir, biz də alıb yeyirik. Nə pislikləri dəyib ki bizə? Bu söhbəti birdəfəlik yığışdırmaq lazımdır. İnsanları üz-üzə qoymaq olmaz. Rayonlu balalar əziyyət çəkib oxuyub, öz biliyi ilə gəlib, ali məktəblərə daxil olub. Nə rüşvət, insanlara belə böhtan atmaq olmaz”.
Xatırladaq ki, bəstəkar iyulun 1-də “Bakılılar günü”ndə status paylaşaraq, Bakıya rüşvəti rayonluların gətirdiyini iddia etmişdi: “Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən… Və bu gün 10 yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26