Interposta.Info

Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir

Maqazin
 15-06-2017, 13:48     654

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azər məşhur türk rejissoru Savaş Çıkrak ilə ailə qurur.

interposta.info
milli.az-a istinadən xəbər verir ki, toy məclisi şəhər restoranlarından birinin həyətində baş tutacaq. Məclisə bir çox sənətkarlar dəvət olunub.

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe"də, "Qalib Dərviş"də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən "Habertürk" kanalında rejissor vəzifəsində çalışır.

Onunla bağlı Türkiyə mətbuatında "Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor" adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda qonşu ölkədə "Doyuran kareler" adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.

interposta.info
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir
Azərbaycanlı aktrisanın qızı məşhur türk rejissoru ilə evlənir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26