Interposta.Info

Röya moda evi üçün məşhurları bir araya topladı -

Maqazin
 10-06-2017, 16:46     866

Ötən gün əməkdar artist Röya Ayxanın sahibi olduğu "First Fashion Lab" moda evinin hazırladığı kolleksiya nümayiş olunub.

Musavat.com xəbər verir ki, "L'ETHNIC.AZ" adı altında təşkil olunan sərgidə milli ornamentlərdən və etnik çalarda istifadə olunmuş geyimlər qonaqlara təqdim edilib. Tural Əsədovun aparıcılıq etdiyi tədbirdə ilk olaraq söz moda evinin kreativ direktoru Səbinə Hüseynə verilib. O səhnəyə çıxaraq sərgi ilə bağlı təəssüratlarını bölüşüb:

“Burada iştirak edən hər kəsi görməyimə çox şadam. Məni yaxından tanıyanlar bilirlər ki, yaradıcılığımda 13 illik fasilə yaranmışdı. Son sərgim məhz 13 il öncə baş tutmuşdu. Bu, şəxsən mənim üçün vacib gün və hadisədir. Buna görə də həyəcanlıyam. İlk növbədə Port Baku Mall-a mənə və "First Fashion Lab"a inandığı üçün dərin təşkkürümü bildirirəm. Eyni zamanda "Peach Line Adversiting" və Elruz bəyə minnətdarlığımı bildirirəm. Biz bu sərgi üçün 6 aylıq işi təxminən 2 aya sığışdırdıq. Qeyd etdiyim müddət ərzində komanda böyük zəhmət çəkib. 20-dən çox insanla birlikdə çalışdıq. Onların əksəriyyəti 1999-cu ildən mənimlədir. Əgər mənə inanan, dəstəkləyən, gecələri yatmayıb işini sona qədər görən komanda olmasaydı, inanın ki, heç nə mümkün olmazdı. Mən Azərbaycan dilində danışa bilmirəm. Amma burada gördüyünüz işlər mənim Azərbaycan mədəniyyətinə, tarixinə olan sevgimdən irəli gəlir. Son iki il müəyyən məqamlara görə mənim üçün çox ağır oldu. Bakı balaca şəhərdir və haqqımda bəzi şayiələr yayılmışdi. Biz Röya ilə ilk konsertindən birlikdə çalışırıq. Əgər o deyilən sözlərə qulaq asmayıb, axına qarşı üzməsəydi, bu gün burada gördüklərinizin heç biri olmayacaqdı. Hazırda burada baş verənlər daha çox mənə inanan biri kimi onun əməyinin bəhrəsidir. O, mənə inanıb, inanır və ümid edirəm ki, inanmağa davam edəcək. Hər bir istadadlı şəxsin dəstəyə və komandaya ehtiyacı var. Ərsəyə gələn işlərdə mənimlə birgə əziyyət çəkən hər kəsə təşəkkür etmək istəyirəm".
Daha sonra direktor səhnəyə Röyanı dəvət edib. Sənətçi də qonaqları salamlayaraq ürək sözlərini bildirib:

“Əvvəla bu işdə əməyi keçən, bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Modadan dərin anlayışım olmasa da, amma iç dünyamın öz rəngi var. Əgər Səbinə Hüseyn olmasaydı, bu işə qətiyyən girişməzdim. Yanımda ağıllı, işini bilən, Azərbaycan tarixindən xəbərdar birinin olmasına sevinirəm. Əslində, biz sizə bu gün gəlinlik geyimləri nümayiş etdirə bilərdik, amma biz ən çətinindən başladıq. İnanıram ki, bu əziyyətimizi dəyərləndirəcəksiniz".

Qeyd edək ki, sərgini sənət dünyasının tanınmış simalarından əməkdar artistlər Nərgiz Cəlilova, Abbas Bağırov, Sevda Ələkbərzadə, Rəşad Həşimov, Tünzalə Ağayeva, müğənnilər Samir Cavadzadə, Əkbər Əliyev, Samirə Əfəndi, Aysel Əlizadə, aktyorlar Nicat Rəhimov, Elşən Orucov, aparıcılar Afaq Gəncəli, Xədicə Sənanqızı, Nərgiz Əliyeva, Hacı Nuran Kamilə Babayeva və başqaları izləyib.

interposta.info
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -
Röya moda evi üçün məşhurları bir araya topladı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26