Interposta.Info

Məşhur türk müğənnisi Dəniz Seki azadlığa çıxdı-

Maqazin
 5-06-2017, 20:36     586

Türkiyənin məşhur müğənnisi Dəniz Zeki bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Musavat.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, narkotik alveri üstündə 3 ilə yaxındır, məhkum həyatı yaşayan Deniz Sekini Bakırköy Qapalı cəzaçəkmə müəssisəsinin qapısının önündə jurnalist və fanat ordusu qarşılayıb.

Deniz Zekiyə çıxışda ağ göyərçinlər verilib və müğənni göz yaşları içində həmin göyərçinləri sərbəst buraxıb. Sekinin ilk sözləri “Sizlərdən ötrü çox darıxdım, olduqca çətin bir yolçuluqdu”, olub. Müğənni iki gün sonra mətbuat konfransı keçirəcəyini də jurnalistlərin diqqətinə çatdırıb.

Qeyd olunur ki, Sekini qarşılamağa gələnlərin arasında nişanlısı Faruk Salman və qardaşı Serkan Seki də olub. Deniz Sekinin həbs həyatının bitməsi münasibəti ilə sənət və şou-biznes dünyasından sosial şəbəkələr vasitəsilə təbrik məktubları gəlib.

Xatırladaq ki, Deniz Seki 2009-cu ildə jandarmın həyata keçirdiyi narkotik əməliyyatında həbs edilmişdi. Bir müddət sonra məhkəmə Sekini şərti cəza ilə sərbəst buraxsa da, sonradan onun yenidən cəzaçəkmə müəssisəsinə götürülməsi barədə hökm verilib.

Lakin məhkəmənin çağrışına cavab verməyən müğənni 2014-cü ilin noyabrın 15-də İstanbulun Esenyurt bölgəsində gizləndiyi evdə yaxalanaraq Bakırköy qapalı cəzaçəkmə müəssisəsinə göndərilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26