Interposta.Info

Məşhur manken

Maqazin
 31-05-2017, 11:05     667

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun manken Ebru Şallıya iş təklif etməsi barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, "Palmali"nin sahibi mankenin şirkətinə məxsus "Palmarina" otelində 500 min lirə qarşılığında həftənin 6 günü və gündə 2 dəfə pilates dərsləri verməsini təklif edib.

"Qaynarinfo" xəbər verir ki, Ebru Şallı xəbərə sosial media hesabından münasibət bildirib. O, iddiaların əsassız olduğunu deyib:

"İki gündür bir qəzetdə çxan xəbərlə yayılan, əsilsiz, ciddiyətsiz, həqiqəti əks etdirməyən, yalan xəbərə etibar etməyin. Çaş-baş qalmışam. Çünki bu gün bu yalan xəbəri bir köşə yazarı şərh edib. Çox acınacaqlı bir durumdur. Vay Türkiyənin halına. Tamamilə yalan və ciddiyətsiz xəbərdir. Təbii ki, pilates dərsi verirəm. Bu doğrudur, amma yalan hekayələri xəbər etməyin".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26