Interposta.Info

Meyxanaçı Samirə ATV-ni məhkəməyə verir —

Maqazin
 22-05-2017, 16:50     776

Meyxanaçı-müğənni Samirə Yusifqızı əməkdar artist Gülüsan Əliyevanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Gülüstanla bir-birimizi illərdir tanıyırıq. Hətta o qəzaya düşəndə evinə getmişəm, bacısını, övladını, rəhmətlik anasını tanıyırdım. O mənim ailəmin içinə gəlib. Gülüstanı heç kəs tanımayanda toylara getməyinə kömək etmişəm, yerimə məclislərə göndərmişəm. Heç vaxt problemimiz, düşmənçiliyimiz olmayıb. Əgər deyibsə ki, o özü bilir kimdir. Bəli, əlbəttə kim olduğumu bilirəm. "Toylar kraliçası"nın qalibi və ali savadlı müğənniyəm. Yəqin ki, heç kəsin heç bir iddiası ola bilməz. Sadəcə, o vaxt ANS-ə zəng vurdu ki, "Ay nənə" mahnısını mən oxumuşam. Aparıcı Rövşanə Bektaşi də dedi ki, o mahnını 17 il əvvəl Samirə xanım mənim verilişimdə oxuyub. Bu mahnının girişini də mən və ansamblım fikirləşib".

S.Yusifqızı sözügedən qalmaqala görə ATV-ni məhkəməyə verəcəyini bildirib:

"Başa düşmürəm ATV və "Ondan sonra verilişi" bizi niyə üz-üzə qoyur? Reytinq naminə niyə belə edirlər, niyə aranı qızışdırırlar? ATV-ni məhkəməyə verəcəyəm. Mənə deməmiş, kimin nə ixtiyarı var ki, bu söhbəti gündəmə gətirirlər. O mahnı xalq mahnısıdır. Heç birimizin də iddia etməyə haqqımız yoxdur. Sadəcə, mahnını ilk dəfə mən aranjiman elətdirmişəm. Sonra da Gülüstan oxuyub, əcəb edib. Halal xoşu olsun"./ölkə.az

Qeyd edək ki, iki xanım sənətçi arasındakı qalmaqal "Ay nənə" mahnısına görə yaranıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26