Interposta.Info

Tanınmış meyxanaçı evini satır - Səbəb

Maqazin
 19-09-2020, 16:10     983

Meyxanaçı Samirə Yusifqızı da evini satışa çıxarıb.

Yenisabah.az-a bu haqda açıqlama verən meyxanaçı maddi cəhətdən sıxıntı yaşadığını deyib. Pandemiya səbəbindən məclislərdə iştirak edə bilməyən söz ustası pulsuzluqdan şikayətlənib:

“Pandemiyadır, gəlir yerim yoxdur, nə iş var, nə də pul. Hazırda yaşadığım evi satıram. Ev Bakının Əhmədli qəsəbəsində yerləşir. 5 sotun içərisində tikilmiş, tam hazır evdir”.

Meyxanaçı külli miqdarda borcu olduğu üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, son günlər pandemiya səbəbi ilə gəlir yerləri olmayan bir çox məşhur evini satışa çıxarıb. Müğənni Xuraman Şuşalı Qaraçuxurdakı evini, Xalq artisti Brilliant Dadaşova bağ evini və maşınını, idmançı Kamil Zeynallı evini satışa çıxarıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26