Interposta.Info

“Mən onunla gülürəm” -

Maqazin
 17-05-2017, 15:24     684

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı müğənni Samir Cavadzadə olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən müğənniyə, efir zamanı həmkarı Nigar Camal da öz ürək sözlərini bildirib:

“Niyə biz dostlaşdıq? Bəzi şeylərdə biz bir-birimizə bənzəyirik. Samir qıraqdan soyuq görünə bilər, amma əslində tamam başqa bir insandır. Onun ən sevdiyim tərəfi odur ki, super zarafatları var. Həmişə zarafat edir. Onla bir masada oturanda sabaha qədər gülə bilərik. Həmişə belə pozitiv qal. “Eurovision”də qalib gəlirsiz, qalib gəlmirsiz fərqi yoxdu, ən önəmlisi odur ki, səni Azərbaycanı təmsil etməyə seçsinlər. Samir birinci adam idi ki, Azərbaycanı orada təmsil edirdi. Əlbəttə ki, bu çox çətindir”.

Nigarın açıqlamasına cavab olaraq, Samir Cavadzadə, onunla bir yerdə olarkən çox əyləndiklərini qeyd edib:

“Biz o vaxtları bir o qədər də tanış deyildik. Qalib olanda hava limanında gedib qarşıladım, təbrik etdim. Biz bir yerdə olanda ancaq gülürük. Dünən də bir yerdə idik. Soruşdum ki, səndən müsahibə almayıblar? Dedi ki, yox. Məni aldatdı”.

Daha sonra Nigar Camalın “Bodruma hazırsanmı?” sualına, müğənni belə cavab verib:

“Hazıram. Sabah gedirik. İşlə əlaqədar gedirik. Həm ziyarət, həm ticarət”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26