Kibariyə Şüvəlanda villa aldı -
Ötən gün Azərbaycana gələn Türkiyənin tanınmış müğənnisi Kibariyə maraqlı açıqlama verib.
Lent.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ifaçı bildirib ki, bu gün Azərbaycanda özünə yeni mənzil alıb: "Buranı çox bəyəndim. Həyat yoldaşım da buranı bəyəndi. Şüvələndən özümə yeni ev aldım. Artıq bura tez-tez gələcəm. Bakıda da qalacam. Burada mənə qarşı çox xoş münasibət var".
Qeyd edək ki, Kibariyə Bakıda azərbaycanlı müğənni Zemfira İbrahimova ilə konsert verib.
interposta.info![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

