Interposta.Info

Sərdar Ortaçın Ərdoğan sevgisi başına bəla oldu

Maqazin
 22-04-2017, 13:17     533

Dediklərim yanlış anlaşıldı.

interposta.info
Kult.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyəli tanınmış müğənni Prezident Rəcəb Tayyib Ərdoğanı çox sevməsi və müxalifəti səriştəsizliklə günahlandırması ilə bağlı müsahibəsinin birmənalı qarşılanmaması haqda mətbuata danışarkən deyib. O, Atatürkü də sevdiyini vurğulayıb:

“Sözlərim bir qədər yanlış anlaşılıb. İnsanların reaksiyalarına görə açıqlama etməyi özümə borc bildim. Mən həm Ərdoğanı, həm də Atatürkü sevirəm. Ərdoğanı sevməyim Atatürkü sevmədiyim demək deyil”.

Qeyd edək ki, müğənni ötən gün verdiyi açıqlamasında Ərdoğanı dövrün ən böyük lideri adlandırmış, referendum leyinə səs verdiyini bildirmiş və müxalifətin səriştəsiz addımlarını anlamadığını qeyd etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26