Interposta.Info

Azərbaycanlı müğənninin bu sözləri Ərdoğanın xoşuna gələcək —

Maqazin
 8-04-2017, 20:47     648

Azərbaycanlı müğənni Afaq Aslan Türkiyə prezidenti Ərdoğanı dəstəklədiyini bildirib.

Afaq Aslan Türkiyədə keçiriləcək referendumda 90 % "hə" çıxacağını bildirib.

Afaq Aslan deyib: "Hörmətli prezident Rəcəb Tayyip Ərdoğanın "evet" almasını istəyirəm".

Türkiyənin son illərdə yaşadığı terror hadisələrinə də toxunan müğənni qardaş ölkə ifadəsindən istifadə edərək Türkiyəni hədəf alan terror hücumlarından ən azından türk xalqı qədər kədərləndiyini bildirib.

Bir layihə üçün Türkiyəyə səfər edən Afaq türk xalqına salam göndərib və sevgi və dəstəyini bildirib: "Türkiyədən bir serial təklifi almışam. Görüşmək üçün gəlmişəm. Türkiyədə olmaqdan çox xoşbəxtəm. Bura mənim ikinci vətənimdir. Özümü heç də yad hiss etmirəm. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə çətin dövrlərdən keçir. Biz də görürük. Ən azı sizin qədər acınızı hiss edirik. Hər zaman sizi dəstəkləyirik. Azərbaycan həmişə Türkiyənin acısını öz acısı kimi hiss edəcək".

Türkiyədə keçiriləcək referendum prosesində Ərdoğanı dəstəklədiyini vurğulayan Afaq Aslan deyib: "Rəcəb Tayyip Ərdoğanın "evet" səsi əldə etməsini istəyirəm. Ərdoğanın siyasətini, liderliyini dəstəkləyirəm. Azərbaycanlılar həmişə Ərdoğanın yanındadırlar. Fikrimcə, 90 % "evet" çıxacaq. Prezident xalqından "evet" alacaq"./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26