Interposta.Info

Afaq Aslana ad günündə evlilik təklifi

Maqazin
 2-09-2018, 20:29     10 519

Cazibədar müğənni Afaq Aslan üçün doğum günü unudulmaz anlarla yadda qalıb.

Publika.az xəbər verir ki, doğum günündə sevdiyi insan tərəfindən evlilik təklifi alan müğənni sevincinin həddi-hüdudu olmadığını və toy hazırlıqlarına başladıqlarını bildirib.

Adı azərbaycanlı qanuni oğru, “Lotu Quli” ləqəbli Nadir Səlifovla sevgi macərasında hallanan Afaq Aslan şəxsi həyatını gizli saxlayacaını deyib:

"Bu mənim haqqımdı. Həyatımla bağlı göz önündə, gündəmdə olmağı sevmirəm. Sevdiyim insanın adını gizli saxlayıramsa, bu o demək deyil ki, kim adımı kiminlə istəsə hallandıra bilər. Adımın ailəli insanlarla hallandırılması yolverilməzdir. Sevdiyim şəxs subaydır, mən isə gənc xanımam. Sevib-sevilmək, ailə qurmaq hər bir gənc qızın olduğu qədər, mənim də haqqımdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26