Interposta.Info

Aygünlə Afaq arasında yeni münasibətlər:

Maqazin
 10-02-2017, 12:43     1 313

Aygünlə Afaq arasında yeni münasibətlər:
ATV telekalının siması, tanınmış teleaprıcı Afaq Gəncəli yeni layihəyə imza atıb. Azərbaycan məşhurları dünya ulduzlarını təkrarladığı zamanda, Afaq təqdirəlayiq hərəkət edib. Belə ki, o, xarici deyil, elə öz ulduzlarımıza bənzəməklə, onların dünyaya meydan oxuya biləcəyini göstərməyə çalışıb. Nümunə olaraq Afaq layihənin ilk qonağı olub və hədəf kimi xalq artisti, pop diva Aygün Kazımovanı seçib. Aparıcı tanınmış fotoqraf Niko Abbasovun obyektivi önünə keçərək, xanım Kazımovanın bir zamanlar "Sənsiz" klipində yaratdığı obrazı tamaşaçıların yadına salıb.

interposta.info bildirir ki, Afaq layihə ilə bağlı fikirlərini primetime.az-ın "Tet-a-Tet" rubrikasında bölüşüb.

- Afaq xanım, bu layihəyə imza atarkən tənqidlərdən çəkinmədiniz?

- Hər kəs bilir ki, bu xalq artisti Aygün Kazımovanın illər öncə "Sənsiz" klipində yaratdığı obrazdır. Təbii ki, mən də bilirdim. O geyimləri geyinərkən məsələdən xəbərim var idi. Sözün düzü, sosial şəbəkələrdə insanlar tərəfindən belə reaksiya gözləmirdim. Mənə maraqlıdır ki, nəyə görə öz sənətkarlarımızı üzə çıxarmağı belə qəbahət bilirlər?! Niyə yerli tanınmış simalar konsertlərində, fotosessiyalarında xarici məşhurlarla birə-bir eyni geyinirlər, makiyaj edirlər?! Bəs bizimkilər? Onsuz da xarici ulduzlara öz yerliləri dəstək olur. Bəs bizimkilərin işini kim qiymətləndirəcək? Mən bunu bilərəkdən layihə kimi ərsəyə gətirməyə qərar verdim. Gəlin, öz sənətçilərimizin dəyərini bilək. Bu addımı atanda reaksiyaların belə olacağını bilirdim. Aygün xanımın geyimlərinin eynisini geyindim və dedim ki, siz bunu etmisiniz, əziyyətiniz yerdə qalmamalıdır. Çünki o, bizim xalq artistimizdir. Bu layihə olaraq davam edəcək. Burada müğənnilərimizin, aktyorlarımızın obrazları yer alacaq. Onların kliplərinə, canlandırdığı səhnələrə fotosessiyalarla yenidən həyat verəcəyik.

- Layihənizin ikinci qonağı kim olacaq?

- "ATV maqazin onlarla"nın yeni layihəsində növbədə bizim Röyamız, Tünzalə xanım olacaq. Yəni, onların obrazlarını təkrarlamaqla bizim müğənnilərin gördüyü işləri qabardacağıq. Fikrimcə, incəsənətimiz, mədəniyyətimiz daha üstündür. Növbəti fotosessiyada başqa aparıcımız yer alacaq. O başqa obrazı canlandıracaq. Ancaq çalışırıq seçdiyimiz adam həmin obraza uyğun olsun. Layihə rəhbəri mən olsam da, bu rubrika bundan sonra Ruslan Ağayevə tapşırılıb. Əslində layihəni açıqlamaq istəmirdik. Reaksiyaları öyrənməyə çalışırdıq. Hər şey bizim istədiyimiz kimi oldu. Layihəmizə start verdik və bundan sonra hər birində siz bizi işıqlandıracaqsınız.

- İlk qonaq özünüz oldunuz. Peşman deyilsiniz ki?

- Mən "İndi sənsiz" klipindən başladım, həqiqətən də, daşlar mənim ayağıma dəydi. Ona görə bu məsuliyyəti birinci öz üzərimə götürməli oldum. Bir müddət əvvəl layihələrin birində dünya şöhrətli amerikalı müğənni Cenifer Lopezin geyimini geyinmişdim, eynisini təkrarlamışdım, amma bunu mənə deyən olmadı. Biz özümüz sənətkarlarımıza dəyər vermirik deyə, bir də ayılırıq ki, bunu xaricilər edib. Mahnımızı oğurlayırlar, mənimsəyirlər. Onda yadımıza düşür ki, filan mahnı bizim idi, layihə bizə məxsus idi. Biz təkrarladığımız məşhura stimul vermiş olacağıq ki, o daha da yaxşı işlər görsün.

- Aygün xanımın bu layihədən xəbəri var idi?

- Xeyr, Aygün xanıma bu barədə məlumat verilməyib. Xəbəri olsa belə o, heç kimə qarşı aqressiv yanaşmaz. Biz Aygün xanımın illər öncə çəkdirdiyi klipi yaşatdıq, yenidən yaratdıq. Onun əziyyətini bir daha yada saldıq.
- Sizcə, bu layihəyə başqa sənətçilərin reaksiyası necə olacaq? - Burada onların işlərini dəyərləndiririk. Yaddan çıxardanların, xəbəri olmayanların yaddaşını təzələyirik. Sənəti olub, əziyyət çəkən, illərini bu yola qoyanların əziyyətini yerdə qalmayacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26