Interposta.Info

Mingəçevirdə 78 yaşlı qadının evinin qazına xəbərsiz blok qoyulduğu iddia edilir - VİDEO

Manşet / Paradoks
 19-05-2026, 11:51     323

Mingəçevir şəhər Nizami küçəsi 4B, mənzil 44-də yaşayan Əliyev Rasim İsmayil oğlu Mingəçevir Şəhər Qaz İdarəsinin fəaliyyətindən şikayətçidir.

Rasim Əliyev media qurupumuza müraciət edərək bildirib ki, qeyd etdiyi ünvanında yaşayan 78 yaşlı anasının evinin pitiminutkanın fəyaliyyətinin dayandırılması haqqında öncədən heç bir xəbərdarlıq edilməyib və anında pitiminutka blok qoyulub. Onun sözlərinə görə, özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən xanım məhkəmə qərarı olmadan bu addımı atıb.

Şikayətçinin iddiasına görə, ona əvvəlcədən rəsmi bildiriş təqdim edilməyib, blokun qoyulma səbəbi izah olunmayıb və heç bir sənəd göstərilməyib.

Goldmedia.az vətəndaşın müraciətin təqdim edir:

Məsələ ilə bağlı Mingəçevir Şəhər Qaz İdarəsinin mövqeyini də dərc etməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26