Şirvan şəhər sakinləri icra başçısı İlqar Abbasovdan nə tələb edirlər? - VİDEO
Şirvan şəhər sakinləri icra başçısı İlqar Abbasovdan nə istəyirlər?
Goldmedia.az xəbər verir ki, Şirvan şəhərində yerləşən Mahir Mirzəyev küçəsinin sakinləri yaşadıqları ərazidə mövcud problemlərlə bağlı aidiyyəti qurumlara müraciət edərək dəstək gözləyirlər. Sakinlərin sözlərinə görə, küçənin abadlaşdırılması və zəruri infrastrukturun qurulması artıq uzun müddətdir ki, həllini tapmayan məsələlər sırasındadır.
Onlar bildirirlər ki, ərazidə mövsümdən asılı olaraq müxtəlif çətinliklər yaranır. Xüsusilə qış aylarında vəziyyət daha da ağırlaşır, yolların yararsız hala düşməsi gündəlik hərəkəti və yaşayışı çətinləşdirir. Sakinlər qeyd edirlər ki, mövcud şərait onların həm təhlükəsizliyinə, həm də rahatlığına mənfi təsir göstərir.
Məsələ ilə bağlı Şirvan şəhər sakinləri rayonun icra başçısı İlqar Namaz oğlu Abbasova müraciət edərək küçənin abadlaşdırılması, yolların təmiri və əsas kommunal təchizatın qurulması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Sakinlər ümid edirlər ki, onların müraciəti nəzərə alınacaq və yaxın zamanda ərazidə zəruri işlər həyata keçiriləcək.
Goldmedia.az media qurupumuzun hazırladığı sujeti təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

