Interposta.Info

Neft Emalı Zavodundakı yanğın söndürüldü (YENİLƏNİB/VİDEO)

Manşet
 22-10-2024, 14:53     26 777

Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.









12.10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə İnterPosta.infoya FHN-dən məlumat verilib.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26