Interposta.Info

Bu gün Şəhid baş leytenant Həsənağa Abdullazadənin günüdür - Anaların qəlbinin təsəlli ocağı+VİDEO

Manşet
 2-10-2024, 23:11     39 873

Bu gün İkinci Fəxri Xiyabanda Şəhid baş leytenant Həsənağa Abdullazadənin anım mərasimi keçirilib

1993-cü ildə Lənkəran şəhərində doğulmuş və orta tməktəbi Lənkəranda əla qiymətlərlə oxumuşdur.
Həsənağa Şakir oğlu 8-ci sinifdə hərbi təhsil almaq qərarına gəlmişdir.

Ailənin yeganə övladı olduğu üçün anası bu qərarla razılaşmaq istəmir. Buna baxmayaraq Həsənağa fikrindən dönmür.
2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. O çox keçmədən öz işində fərqlənməyə başlayır. İştirak etdiyi təlimləri, kursları uğurla başa vurur.
Tez-tez “biz Qarabağı alacağıq” deyən gənc sanki ömrünün hər gününü yalnız bu məqsəd üçün xərcləyirdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayanda Həsənağa Abdullazadə də öndə gedənlərdən olur. Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Ailəsi ilə telefon danışığında “Mən öz istəyimə çatacağam, Kəlbəcərə bayrağı mən sancacağam” deyən komandir təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir.

2020-ci il oktyabrın 3-ü şəhid olan qəhrəman Həsənağa Abdullazadə İkinci Fəxri Xiyabanda dəfn edilib.

Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbir diləyirik, dövlərimizi hərzaman qüdrətli olmasını arzu edirik!

İnterPosta.info Media Tv-nin hazırladığı sujeti təqdim edir:








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26