Interposta.Info

Laçında üzəri bağlanan Minkənd istisuyuna Arif Gürşadoğlu şeir yazdı: "İGİDLƏRƏ DƏYMƏYİN"...(VİDEO)

Manşet
 8-08-2024, 15:21     47 045

Laçınlı qələm sahibi Arif Gürşadoğlu Minkənd istisuyunun üzəri cağla bağlanmasını şeirlə ifadə edib:

İGİDLƏRƏ DƏYMƏYİN...

Sizin olsun bağ-bostan da, oyuq da,
Nə deyirik ,nə edirik buyuq da???
İSTİSU da sizin olsun, soyuq da,
İGİDLƏRƏ DƏYMƏYİN...

Hər qayası bir səngərdi dağların,
Qarası da qapqaradı ağların,
Ölüsünün ruhu yanır sağların,
İGİDLƏRƏ DƏYMƏYİN...

Hoçaz daşı Ərtəpənin qardaşı,
Sarıbaba İşıqlının yaşdaşı,
Bütöv Laçın İgidlərin Başdaşı,
İGİDLƏRƏ DƏYMƏYİN...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26