Interposta.Info

Naxçıvanda yeni nazir təyin edildi

Manşet
 16-07-2024, 14:30     23 571

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

"İnterPosta" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26