Türkiyə 2026-cı ildə keçiriləcək NATO sammitinə ev sahibliyi edəcək
NATO-nun növbəti sammiti Niderlandda keçiriləcək. 2026-cı ildə isə tədbirə Türkiyə ev sahibliyi edəcək.
"Report” xəbər verir ki, bu barədə NATO-nun dövlət və hökumət başçılarının görüşünün yekun bəyannaməsində deyilir.
"Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçiriləcək növbəti Zirvə Toplantımızda yenidən görüşməyi, ardınca isə Türkiyədə görüşməyi səbirsizliklə gözləyirik”, – sənəddə qeyd olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26