5 günlük bayram tətili nə vaxt başlayır? - TƏQVİM
Gələn həftə Ramazan bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.
"İnterPosta" xəbər verir ki, 10, 11 aprel tarixlərində ölkədə Ramazan bayramı qeyd olunacaq.
Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə (şənbə günü iş günü hesab olunacaq-red.) yerləri dəyişdirilib. Yəni, 5 gün - aprelin 10, 11, 12, 13 və 14-də iş olmayacaq.
İş aprelin 15-də başlayacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26