Interposta.Info

Bir neçə gündü "Abşeron Ticarət Mərkəzi" Lökbatan-Meyvəli istiqamətində avtomobil yolun iflic edib...- VİDEO

Manşet / Paradoks
 12-03-2024, 23:03     27 220

Yeni istifadəyə verilmiş Abşeron Ticarət Mərkəzi Qaradağ rayon və Lökbatan-Meyvəli istiqamətində avtomobil yolundan istifadə edən sürücülərin hərəkətini məhdudlaşdırıb.
Belə ki, ərazinin dörd bir hissəsində qazıntı aparan şirkət və yaxud şirkətlər narahatcılıq yaratmaqla yanaşı maddi ziyanda vururlar. Lökbatan qəsəbəsini şəhərlə birləşdirən əsas yol yeni inşa edilmiş Abşeron Ticarət Mərkəzinin qarşısından keçir, avtomobil yolunun surəti saatda 70 olaraq dəyərləndirilib. Bu surətdə hərəkət edən avtomobillər anidən yeni qazılmış böyük çuxurla qarşılaşır və nəticədə avtomobillərə ciddi ziyan dəyir.
Avtomobilinə ziyan dəyən sahibkar, kimi təqsirləndirsin bilmir!
Qeyd etdiklərimiz fərdi vətəndaşlara dəyən zərərdi.
Dövlət əmlakına dəyən zərər haqqında elə indi vurğulayacağıq.
Qaradağ rayonunun mərkəzin, Lökbatan qəsəbsini Bakı şəhəri ilə birləşdirən əsas avtomobil yolu qazılır, bunu nə Qaradağ rayon icra hakimiyyəti, nədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidməti görmür!
Necə olur ki, sadə vətəndaş su istifadə etmək üçün kiçik bir boru yolun kənarına çıxarır və bütün orqanlar bunu görür. Avtomobil yoluna dəymiş zərəri ona ödədir.
Adı çəkilən ünvanda əsas avtomobil yolunda bir metrə yaxın qazıntı işləri aparılır amma bunu aidiyyətı orqanlar görmür.

İnterPosta.info olaraq onuda qeyd edirik ki, çəkilişlər yeni istifadəyə verilmiş Abşeron Ticarət Mərkəzinin önündə çəkilib və ticarət mərkəzi istifadəyə verilsədə ətrafda qazıntı işləri davam edir.

Daha ətraflı təqdim etdiyimiz sujetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26