Interposta.Info

Prezident iki nəfərə ali xüsusi rütbə verdi (SƏRƏNCAM)

Manşet
 20-02-2024, 18:00     27 237

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

Həmin şəxslər aşağıdakılardır:

Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi
Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Vəliyev İlkin Etibar oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Musayev Orxan Azad oğlu

1-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Abdullayev Vəli Həsən oğlu
Kəngərli Cavid Muxtar oğlu
Musayev Fəxrəddin Binnət oğlu
Süleymanlı Elxan Süleyman oğlu
Şahinzadə Fərman İlham oğlu

2-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Mahmudov Fuad Malik oğlu
Məhərrəmov Ramiz Bulut oğlu

3-cü dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Əhmədov Rəşad Kazım oğlu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26