Interposta.Info

ATƏT Serbiyadakı seçkilərdə qanun pozuntuları aşkarlayıb

Manşet
 19-12-2023, 11:20     27 528

ATƏT-in monitorinq missiyası Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində pozuntular aşkarlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Xüsusilə, müşahidəçilər hakim Serb Tərəqqi Partiyasının (SNS) ədalətsiz rəqabətini qeyd ediblər. Prezident Aleksandar Vuçiçin seçki kampaniyasına müdaxiləsi, medianın qərəzliliyi və səslərin satın alması da qeyd olunub.

İnzibati resurslardan sui-istifadə və seçicilərə təzyiqlər də qeydə alınıb. Xüsusilə, söhbət səslərin satın almasında gedir.

ATƏT-dən olan müşahidəçilər rəsmilərin jurnalistlərə qarşı təhqirlərinə də diqqət çəkiblər.

Serbiyadakı beynəlxalq seçki müşahidə missiyası ölkə hakimiyyətini səsvermənin nəticələrinə təsir edə biləcək "bütün çatışmazlıqları aradan qaldırmağa" çağırıb.

Qeyd edək ki, dekabrın 17-də Serbiya prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının (SNS) növbədənkənar parlament seçkilərində qalib gəldiyini elan edib. Müxalifət və sosioloqlar Serbiyada keçirilən seçkilərin qanun pozuntuları ilə müşahidə oldunduğunu bəyan edib. Xüsusilə, seçicilər mütəşəkkil şəkildə seçki məntəqələrinə gəlib, bülletenlərin şəklini çəkiblər, prosedur səhvləri də olub.

"Serbiya zorakılığa qarşı" təşkilatı hakim partiyanı seçki saxtakarlığında ittiham edib və Dövlət Seçki Komissiyasına şikayət edəcəyini bildirib.

Bazar ertəsi, dekabrın 18-də Serbiyanın paytaxtı Belqradda seçkilərin elan edilmiş nəticələrinə qarşı kütləvi etirazlar başlayıb. Müxalifət liderləri yüzlərlə şikayətin olduğunu deyirlər. Bir neçə siyasətçi Dövlət Seçki Komissiyasının binasında düşərgə salıb və bir müddət orada qalacaqlarını bildiriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26