Füzulidə mina partladı - Xəsarət alan var

Füzuli rayonunda traktor minaya düşüb.
"İnterPosta" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 10 radələrində Horadiz kəndində əkin işləri aparan traktorun minaya düşməsi barədə məlumat daxil olub. Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26