Interposta.Info

Xankəndi şəhəri ərazisində yerləşən "TOR" zenit-raket kompleksi məhv edildi+ANBAAN GÖRÜNTÜLƏR

Manşet
 19-09-2023, 22:59     304

Xankəndi-Xocalı yolunda Ermənistan ordusunun qanunsuz hərbi birləşmələrinə məxsus yanacaq-sürtgü materialları anbarı məhv edilib.

Eyni zamanda bu gün Laçın buraxılış məntəqəsindən BQXK vasitəsilə daha 28 nəfərin keçidi olub.
Ermənilər Ağdamı atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.
Ermənilər tərəfindən yeni basdırılan minaların partlaması nəticəsində Xocavənddə 6 nəfər - "Azəravtoyol"un 2 əməkdaşı, Daxili İşlər Nazirliyinin 4 polis əməkdaşı həlak olub.
Azərbaycanın bu təxribatlara cavab olaraq Xankəndi ətrafındakı qeyri-qanuni erməni hərbi birləşmələrinin mövqeləri vurub.
Hal hazırad əməliyyat Ağdərə və Xankəndi istiqamətində aparılır.
Xankəndidə atəş səsləri eşidilir, əhali şəhərdən qaçmağa çalışır.
Xankəndi şəhəri ərazisində yerləşən "TOR" zenit-raket kompleksi məhv edildi.
Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri məhv edilib.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti sığınacaq və döyüş texnikası da məhv edilib.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi təyinatlı radiotexniki qovşağın da zərərsizləşdirilmişdir.


"İnterPosta" xəbər verir ki, Ermənilər Xankəndi ətrafında vurulan döyüş mövqelərinin görüntülərini yayırlar. Görüntülərdən də məlum olur ki, Azərbaycan Ordusu yalnız hərbi infrastrukturlara zərbələr endirir. Mülki əhali hədəfə alınmır. Qarşı tərəf dezinformasiyalar ilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırır.

Baş verənlərdən təşvişə düşən ermənilər İrəvanda Paşinyanın istefasın tələb edirlər.

Hal-hazırda Xaos hökm sürür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26